Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:51
-

AHMET DAVUTOĞLU: «BİZ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDAYIQ»

«Azərbaycanın son illər bütün beynəlxalq tədbirlərdə iştirakını görmək bizi sevindirir»

Bunu iyunun 11-də Fələstinlə bağlı Bakıda keçirilən beynəlxalq konfransda Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu deyib:

Ahmet Davutoğlu

Ahmet Davutoğlu

«Azərbaycanın son illər bütün beynəlxalq tədbirlərdə iştirakını görmək bizi sevindirir. Azərbaycanın Fələstinlə bağlı tədbirə ev sahibliyi etməsi çox yaxşıdır. Fələstin münaqişəsi islam dünyasının ortaq məsələsidir. Eyni zamanda Türkiyə və Azərbaycan bu məsələdə qarşılıqlı dəstək göstərməkdədir».

Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcəyini söyləyən Türkiyənin xarici işlər naziri hər zaman Azərbaycanın yanında olacaqlarını deyib:

«Biz hər zaman can Azərbaycanın yanında, çiyin-çiyinə olmuşuq və onun iqtisadi yüksəlişinin artması ən çox Türkiyəni sevindirməkdədir. Hər zaman və hər yerdə Azərbaycanla bir yerdə olmağa davam edəcəyik».

BAKIDA FƏLƏSTİNƏ YARDIM KONFRANSI İŞƏ BAŞLAYIB

İyunun 11-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Fələstinə yardım üzrə donor konfransı keçirilir. APA-nın məlumatına görə, konfransı açan xarici işlər naziri Elmar Məmmədyarov iştirakçıları prezident İlham Əliyevin adından salamlayıb. Bu kimi konfransların təkcə Fələstin xalqı üçün deyil, bütün müsəlman aləmi üçün əhəmiyyət kəsb etdiyini deyən XİN rəsmisi Fələstinin UNESCO-ya üzv qəbul olunmasını bu dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm addımlardan biri adlandırıb.

Elmar Məmmədyarov Fələstinin yaxın gələcəkdə BMT-nin tamhüquqlu üzvü olacağına ümidvar olduğunu da bildirib. Azərbaycanın Fələstinə hər zaman dəstək verdiyini deyən nazir bəyan edib ki, Fələstin xalqının həyat şəraitini yaxşılaşdırmaq son dərəcə vacibdir. O, Azərbaycanın Qüdsdə infrastruktur layihələrinin inkişafına vəsait ayırmaq barədə qərar qəbul etdiyini vurğulayıb.

Konfransda İƏT ölkələrinin, bir sıra beynəlxalq təşkilatların, o cümlədən İSESCO-nun, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının, İslam İnkişaf Bankının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Daha sonra sessiya işini qapalı rejimdə davam etdirib.

İştirakçılar Fələstinə 500 milyon dollar həcmində humanitar yardım göstərilməsini müzakirə edəcəklər. İƏT ölkələri tərəfindən ayrılan bu yardım paketi Fələstin iqtisadiyyatının, səhiyyə və təhsil sisteminin inkişafına yönəldiləcək.

Bu gün Bakıda Fələstinə dəstək üzrə İslam maliyyə təhlükəsizliyi şəbəkəsinin yaradılmasına həsr olunan konfrans da keçiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG