Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:03

Naxçıvanda güclü dolu yağıb


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 10-da Naxçıvana yağan güclü dolu əkin sahələrinə ciddi ziyan vurub.

Bu haqda Naxçıvan sakinləri məlumat verib.

Dolu əsasən muxtar respublikanın Babək rayon ərazisində müşahidə olunub.

Babək rayon sakini Nurəddin Bayramov deyir ki, güclü dolu onun da əkin sahəsini yararsız hala salıb:

« Axşam saatlarında əvvəlcə yağış şəklində yağmağa başladı. Sonra isə güclü dolu başladı və təxminən 10 dəqiqə davam etdi. 10 dəqiqə ərzində nə əkmişdik hamısını yerlə bir etdi. Zəmilərdə taxılı, həyətlərdə pomidor-xiyar şitillərini, ağaclardakı meyvələri hamısını yerə sərdi. Camaatın əziyyəti hədər getdi».

Yağıntı nəticəsində bəzi həyətlərin su altında qaldığı da bildirilir.
XS
SM
MD
LG