Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-

«Şərq qapısı» - 9 aprel 2013


Qayıdışdan qurtuluşa

…Azərbaycanı müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr edə, xalqın çağırışına, tələbinə biganə qala bilməzdi. 1993-cü il iyun ayının 9-da xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.

…Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı.

…Təbii ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, bu gün nə muxtar respublika statusundan, nə də bu qədim diyarın inkişafından söhbət gedə bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi:

«...Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur».

Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq. Çünki bu dövlətə Heydər Əliyev ideyalarının, siyasi kursunun layiqli davamçısı və «hər bir Azərbaycan vətəndaşının Prezidenti» olan cənab İlham Əliyev başçılıq edir.

Kartofçuluğun inkişafı diqqət mərkəzindədir

Naxçıvanda kartofçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tədbirlər keçirir.

Kartofçuluqla məşğul olan sahibkarlara yardım etmək üçün onlar bu dəfə Şahbuz rayonunda olublar. Nazirliyin Bitki mühafizəsi və karantin şöbəsinin əməkdaşları bu mövsümdə fəallaşan zərərvericilərə qarşı mübarizə məqsədilə Bakıdan gətirilən dərman preparatlarını rayonun fermerlərinə və fərdi təsərrüfatların rəhbərlərinə paylayıblar. Sahibkarlarla keçirilən görüşdə 21 kəndin nümayəndəsi və fərdi təsərrüfat sahiblərinə kartof üçün təhlükəli sayılan Kolorado böcəyinə qarşı tətbiq edilən 40 litr dərman preparatı pulsuz olaraq paylanıb. Bu miqdarda dərman preparatı 160 hektar sahəyə nəzərdə tutulub.

Muxtar respublika Bitki Mühafizə Stansiyasının mütəxəssislərinin də qatıldığı tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması məqsədilə bukletlər verilib. Bundan əvvəl mütəxəssislər eyni məqsədlə Şərur, Sədərək, Kəngərli və Ordubad rayonlarında olublar.
XS
SM
MD
LG