Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

Karel Schwarzenberg Xocalı haqda dediklərinə görə üzr istəyib


Çexiyanın xarici işlər naziri Karel Schwarzenberg Xocalı haqda dediklərinə görə üzr istəyib, ailə diktaturası haqda dediklərinin isə üstündə durur. Novinky.cz yazır ki, Schwarzenbergin sözlərinə görə, onun Xocalı barədə informasiyası yanlış olub. O deyib ki, onda olan məlumatlarda Xocalıda 60 adamın öldüyü deyilirdi. O sonradan görüb ki, ölənlərin sayı 600-dən çoxdur.

Schwarzenberg deyib ki, Vaşinqtonda təhlükəsizlik konfransında Elmar Məmmədyarovu görəndə Xocalı barədə dediklərinə görə üzr istəyib.
Çex jurnalisti soruşub ki, bəs azərbaycanlı həmkarı ailə diktaturası ifadəsini də yadınıza saldımı? Schwarzenberg deyib ki, bunu müzakirə etməyiblər.
XS
SM
MD
LG