Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05
-
Kreml 2012 il üçün Rusiyanın ədəbiyyat və incəsənət sahəsində Dövlət mükafatını alanların adlarını açıqlayıb.

Rusiya mediasının yazdığına görə, mükafatlandırılanların arasında rəssam Tahir Salahov da var.

Rusiya Rəssamlıq Akademiyasının vitse prezidenti olan tanınmış rəssam ölkənin 1992-ci ildən verilən ən yüksək mükafatına «təsviri sənətin inkişafındakı xidmətlərinə görə» layiq görülüb.

Xatırladaq ki, builki laureatlar arasında kinorejissorlar Karen Şahnazarov (Rusiya kinematoqrafiyasının inkişafında, «Mosfilm»in yenidən dirçəldilməsində və inkişafında xidmətlərə görə), Sergey Miroşniçenko (milli sənədli kinonun inkişafında xidmətlərə görə) və yazıçı Vladimir Rasputin (humanitar sahədə qazandığı böyük nailiyyətlərə görə) da var.

2005-ci ildən təqdim olunan son nominasiya əvvəllər İspaniya kralı Xuan Karlosa və yazıçı Aleksandr Soljenitsına verilib.

Rusiyada Dövlət Mükafatının məbləği 5 milyon rubldur.

Mükafatların təqdimat mərasimi iyunun 12-də Kremldə baş tutacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG