Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:40

«MDİ Azərbaycanda aktiv fəaliyyətini davam etdirir»


Richard Morningstar
Richard Morningstar
-

«Milli Demokratiya İnstitutu Azərbaycanda aktiv fəaliyyətini davam etdirir. Təşkilatın nümayəndələri Azərbaycan hökumətinə 1 milyon dollar vəsaitin hara xərcləndiyi barədə müfəssəl məlumat təqdim ediblər».

Bunu APA-ya ABŞ-ın Azərbaycandakı səfiri Riсhard Morningstar deyib:

«Azərbaycan hökuməti MDİ ilə bağlı məsələnin artıq gündəmdən qalxdığı barədə məni məlumatlandırıb. Ona görə də MDİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. MDİ nümayəndələri 1 milyon dolların hara xərcləndiyi barədə müfəssəl məlumat təqdim etdikdən sonra mənə Azərbaycan hökumətindən belə dedilər. Şəxsən şahid oldum ki, təqdim olunan məlumatda bütün suallar cavablandırılıb».

Milli Demokratiya İnstitutunun (azərbaycanca MDİ, ingiliscə- NDI) Azərbaycandakı qeydiyyatı bu il iyulun sonunda başa çatır.

MDİ 2012-ci ilin iyulunda birillik sazişlə qeydiyyata alınıb. Bu, qanunvericiliyə edilən son dəyişikliyə uyğun aparılıb. Belə ki, Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır. Yəni Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş imzalanır, ikinci mərhələdə qeydiyyat məsələsi çözülür.

Bu ilin əvvəlindən MDİ-nin adı «inqilab hazırlamaq» qalmaqalında hallanıb və buna əsas kimi qurumun rəhbəri olmuş Alex Grigorievs-in bu məqsədlə 2 milyon dollara yaxın nağd pul xərclədiyi iddiası səslənib. Nümayəndəlik, ABŞ səfirliyi bunu yalanlasa da, baş prokuror Zakir Qaralov ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin bir sıra qanunları pozduğunu bildirib. 2005-ci ildə də MDİ-nin adı oxşar qalmaqalda hallanıb.

Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Alex Grigorievs ictimaiyyətə açıqlamasında təşkilatın Azərbaycanda keçmiş prezident Heydər Əliyevin dəvəti ilə 1995-ci ildən fəaliyyət göstərdiyini deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG