Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:54

Netanyahu deyir ki, İranın İsrailə kiber hücumları artıb


İsrailin baş naziri Netanyahu deyib ki, İranın İsrailə kiber hücumlarının sayı əhəmiyyətli dərəcədə artıb.

Tel-Əvivdə təhlükəsizlik konfransında Netanyahu deyib ki, bu kiber hücumlar İsrailin mühüm sistemlərini hədəfə alır.

O həmçinin İrana kömək etməkdə Hizbollahı və Haması günahlandırıb.

Son illər İranın nüvə obyektlərinə kiberhücumların arxasında isə İsrailin və ABŞ-ın durduğu güman olunur.
XS
SM
MD
LG