Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:19

Amerikalıları güdən izləmə sistemi haqda məlumat verənin adı açıqlandı


Milli Təhlükəsizlik Agentliyində və Mərkəzi Kəşfiyyat İdarəsində işləmiş olduğunu iddia edən 29 yaşlı amerikalı etiraf edib ki, ABŞ-ın məxfi izləmə proqramı haqda məlumatı qəzetlərə məhz o ötürüb. Edward Snowden deyib ki, onun bu hərəkətinə səbəb- onun fikrincə, ABŞ-da hər bir amerikalını güdən və heç kim qarşısında cavabdehlik daşımayan, məxfi casusluq sistemi yaradılmasıdır.

Keçən həftə Washington Post və Guardian qəzetləri ABŞ-ın məxfi xidmətinin adamların Verizon şirkəti ilə telefon danışıqlarına, Google və Facebook-dan isə adamlar haqda məlumatları necə toplamasından detallı yazılar vermişdi.

Bazar günü Guardian Snowdenin xahişi ilə onun adını açıqladı. Guardian Snowdenlə müsahibəni də dərc edib. Ehtimala görə, o, müsahibəni Hong Kongdan verib.
Hazırda onun məhz burda olduğu güman olunur.

Mərkəzi Kəşfiyyat Agentliyi bu məlumatı şərh etmək istəməyib. ABŞ rəsmiləri isə belə iddiaları məsuliyyətsiz və təhlükəli adlandırır.
XS
SM
MD
LG