Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

İREX-in media sorğusunun nəticələri açıqlanıb


«Azerlife.org» saytı İREX təşkilatının maliyyə dəstəyi ilə media sorğusu keçirib. Bir ay «Facebook» sosial şəbəkəsində keçirilən sorğuda 442 nəfər iştirak edib.

«Məlumatı ən çox haradan əldə edirsiniz» sualına cavab verən respondentlərin 343 nəfəri «Xəbər saytları» cavabını, «Hansı informasiya mənbəyinə daha çox inanırsınız» sualına 120 nəfər «İnternet» cavabını verib.

«Ən çox izlədiyiniz televiziya hansıdır» sualını respondentlərin çoxu «Kanal D» (Türkiyə) deyə cavablandırıb, ikinci yeri ANS telekanalı tutub.

«Xəbəri ən çox hansı saytlardan əldə edirsiniz» sualında ən çox səsi «Facebook» sosial şəbəkəsi yığıb, «Azadlıq» radiosu isə ikinci olub.
XS
SM
MD
LG