Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri vəzifədən azad edilib


Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri vəzifədən azad edilib. Bu barədə iyunun 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Bakının bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə şikayətlər araşdırılıb.

Araşdırma zamanı paytaxt ərazisində ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşlarının ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi bilinib.

Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG