Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:57
-

Gənc şair Elvin Bakiroğlu da Azərbaycan Yazıçılar Birliyini (AYB) tərk edib.

Bu barədə o özü "Oxu zalı"na məlumat verib.

E.Bakiroğlu bildirib ki, bu addımı ilə qələm yoldaşı Şərif Ağayara qarşı "AYB-də edilmiş ədalətsizliyə və ona atılan böhtana" etiraz edir:

Ş.Ağayar AYB-nin katibi Fikrət Qocanı "təhqir etməsi" ittihamı ilə AYB-dən xaric edilib.

E.Bakiroğlu həm də "AYB-də - Anarın Yazıçılar Birliyində gəncliyə olan anti-demokratik münasibətə, əbədi gecikdirilən islahatlara etiraz edir".

Xatırladaq ki, bundan əvvəl daha 7 yazar AYB-ni tərk etmişdi. Birliyin sədri Anar bu istefaları problem saymadığını, AYB-nin əslində təmizlənib, saflaşdığını deyib.

Bu mövzu ilə bağlı iyunun 11-də saat 19 00-da Azadlıq Radiosunun "Pen klub" proqramında debat olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG