Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42
-


Yaşar Bünyad



GETMƏSƏYDİN


Elə sandın batacağam

burulğanda gəmi kimi,

Gedəcəm sən deyən "yerə"

həmişəlik?!

Nə yaxşı ki,

Ömrün ağır yollarını gedə-gedə

qismətimə düşənləri yaşayıram.

Şükr sdirəm,

nə yaxşı ki, səndən gəldi bu ayrılıq.

Nə yaxşı ki, azaldı bu dünyada bir qəlbi qırıq,

könlü sınıq!

Sən ki,

bir vaxt ürəyinlə bacarmadın,

Getdin,

mənimlə yaşayıb qocalmadın...

Yaxşı ki,

qulu olmadım bu həsrətin,

Tələsinə düşmədim

"kor" məhəbbətin.

Yoxsa..,

çoxdan ölərdim ki, getməsəydin.

Günün bütün mövzuları

XS
SM
MD
LG