Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:41

Ekvadorun London səfirini Assange-a görə dəyişirlər


WikiLeaks saytının yaradıcısı Julian Assange Londonda yerləşən Ekvador səfirliyinə sığınıb. Julian Assange tərəfdarları səfirlik önünə gəlməklə ona dəstəklərini bildiriblər.
WikiLeaks saytının yaradıcısı Julian Assange Londonda yerləşən Ekvador səfirliyinə sığınıb. Julian Assange tərəfdarları səfirlik önünə gəlməklə ona dəstəklərini bildiriblər.
-
Britaniya mətbuatı xəbər verir ki, Ekvadorun Britaniyadakı səfiri Ana Alban Julian Assange-la bağlı pat vəziyyətinə son qoya bilmədiyi üçün vəzifəsindən azad edilib.
WikiLeaks saytının banisi artıq bir ilə yaxındır ki, Ekvadorun London səfirliyinə sığınıb.
Xanım Alban-ı əvəzləyəcək yeni səfirin ilk vəzifəsi cənab Assange-a verilmiş sığınacaq böhranını sona çatdırmaq olacaq.

Mətbuat xəbər verir ki, Ekvador Julian Assange-a səfirlikdən çıxması üçün dinc imkan verilməsi üçün Britaniya ilə danışıqlara hazırlaşır.

Ekvadorun paytaxtı Kitodakı mənbə bildirib ki, London Assange-ın Britaniyanı tərk etməsini istərdi.

AYAQQABIDAKI DAŞ

Xəbər verilir ki, ötən həftə Britaniya xarici işlər nazirinin Latın Amerikası üzrə müavini Hugo Swire-la görüşündə xanım Alban ona belə bir sual verib: «Ayyaqabımızdakı bu daşı necə çıxaraq?»

Danışıqlarda iştirak etmiş adı çəkilməyən mənbə cənab Swire tərəfindən verilmiş cavabı açıqlayıb: «Nə bu daş bizimdir, nə də ayaqqabı».

Xəbər verilir ki, danışıqlar zamanı xanım Alban həmçinin Argentinanın Folklend adalarına dair iddiaları məsələsini qaldırıb.

Mətbuat xəbər verir ki, Ana Alban-ı Ekvadorda prezident Rafael Correa-nın hökumətində yeni yüksək vəzifə gözləyir.

London səfirliyində onu əvəzləyəcək diplomatın kimliyi hələ açıqlanmayıb.
Ötən həftəsonu Ekvadorun xarici işlər naziri Ricardo Patino-nun danışıqlar üçün Londona gələcəyi xəbər verilmişdi.

Onun Britaniyalı həmkarı William Hague-lə görüşəcəyi gözlənilir.

Julian Assange 2012-ci il, iyunun 19-da onun İsveçə ekstradisiya edilməsi barədə məhkəmə qərarından dərhal sonra Ekvador səfirliyinə sığınıb.

EKVADOR İNSAN HAQLARINA HÖRMƏT EDİR

ABŞ ordusunda xidmət etmiş Bradley Manning
ABŞ ordusunda xidmət etmiş Bradley Manning
İsveç Assange-ın təslim edilməsini ona qarşı iki qadın tərəfindən qaldırılmış iddia ilə əsaslandırır.

Qadınlar onu seksual təcavüzdə ittiham edirlər.

Cənab Assange isə bildirir ki, bu, onun sadəcə olaraq sonradan ABŞ-a ekstradisiya edilməsi və orada məxfi məlumatların yayılmasına görə məhkum olunması üçün bir fənddir.

ABŞ hərbi tribunalı Amerika əsgrəi Bradley Manning-i Wikileaks vasitəsilə minlərlə sənədi açıqladığı üçün ömürlük həbs cəzasına məhkum etmək niyyətindədir.

Bu arada Ekvadorun Xarici İşlər Nazirliyi bəyan edib ki, Julian Assange-a sığınacaq verməklə, Kito insan haqlarına hörmət göstərdiyini nümayiş etdirib.

Nazirlik həmçinin bildirib ki, Assange məsələsinin diplomatik vasitələrlə həllini istəyir.
Bununla belə, Britaniya, məhkəmə qərarına əsasən Assange-ı İsveçə təslim etməlidir.
Julian Assange-ın özü bu xəbərlərə şərh verməkdən imtina edib.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG