Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

NİDA-çının iddiası geri qaytarılıb


-
Səbail rayon Məhkəməsi həbsdə olan NİDA-çı Məmməd Əzizovun iddiasını iyunun 8-də geri qaytarıb.

Vəkili Fariz Namazlının AzadlıqRadiosuna dediyinə görə, məhkəmə buna iddianın təcridxanadan göndərilmədiyini əsas gətirib:

«Məhkəmə hesab edir ki, Məmməd Əzizov təcridxanada olduğundan iddianı da elə təcridxana vasitəsilə göndərməli idi. İddianı məhkəmənin qəbul şöbəsinə mən təqdim etmişəm, mən onun vəkili olduğumdan bu, tam qanunidir. Hesab edirəm ki, məhkəmə cavabdehlərin Milli Təhlükəsizlik Nazirliyi və AzTV olmasına görə iddiaya baxmaq istəməyib».

Mayın 22-də Məhəmməd Əzizov Azərbaycan Televiziyasını və Milli Təhlükəsizlik Nazirliyini məhkəməyə verib. O, MTN-nin AzTV-yə istintaq materiallarını ötürməsinin qanunsuz hesab olunmasını, 9 mart 2013-cü ildə AzTV-də yayımlanan süjetdə iddiaçının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını, AzTV-nin «Xəbərlər» buraxılışında ondan üzr istənilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG