Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

Ramil Usubov Aslan İsmayılovu qəbul edib


 Aslan Ismayilov
Aslan Ismayilov
-
İyunun 8-də Daxili İşlər naziri Ramil Usubov vəkil Aslan İsmayılovu qəbul edib.

Bu barədə Aslan İsmayılovun özü «Facebook» profilində məlumat yayıb:

«Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi. Söhbətdən anladığım o oldu ki, dediklərimi sübuta yetirə bilmədiklərindən heç kimə qarşı tədbir görülməyəcək. Atacağım addımların məsuliyyətini dərk edirəm. Görüşdə dediklərimi bir daha təkrar edirəm. Mənə qarşı cinayət törədənlər, Rəşad Ramazanovun cibinə narkotik qoyanlar cəzalandırmayınca, mübarizəmdən əl çəkən deyiləm. Bu yolda mənə qarşı atılacaq hər bir qanunsuzluğa hazıram».

Buna qədər Aslan İsmayılovu DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov da qəbul edib.

Aslan İsmayılov mayın 30-da Bakıda, DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü iddia edir.

Nazirliyin mətbuat xidmətindən isə AzadlıqRadiosuna deyiblər ki, Aslan İsmayılov adıçəkilən idarəyə dəvət edilib və onunla profilaktik söhbət aparılıb. Amma ona qarşı zorakılıq halları öz təsdiqini tapmayıb.
XS
SM
MD
LG