Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59
İstanbulda etiraz aksiyası davam edir.
Onlar baş nazir Recep Tayyip Erdoganı ölkəyə məhəl qoymamaqda günahlandırırlar.

Baş nazir etirazların təcili dayandırılmasını tələb etsə də aksiyaçılar gecəni Taksim meydanında keçiriblər.

Həftə böyü Ankara və İstanbul da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib.
Polis nümayişləri dağıdarkən 2 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb və saxlanıb.

Erdogan bildirib ki, bu aksiyaları ekstremist qüvvələr təşkil edib.
Etirazlara baxmayaraq o bu gün partiyasının iclasını keçirib.

Bir neçə gün bundan əvvəl İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən etiraz ,az sonra baş nazir Erdogana qarşı yönəldi.
XS
SM
MD
LG