Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Gənc fəal Ülvi Həsənli NİDA-çıların işi ilə bağlı dindirilib


Ülvi Həsənli
Ülvi Həsənli
-
Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli iyunun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saat sorğu-sual edilib.

AzadlıqRadiosuna müsahibəsində Ülvi Həsənli ona ünvanlanan sualların NİDA-çıların işi və digər məsələlərlə bağlı olduğunu bildirib. Təşkilat sədri istintaq sirri olduğundan ətraflı danışa bilməyəcəyini deyib.

Onu iyunun 10-da yenidən istintaqa çağırıblar.

«HƏBS OLUNA BİLƏRƏM»

Azad Gənclik Təşkilatının (AGT) sədri Ülvi Həsənli Baş Prokurorluğun istintaq idarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna o, özü istintaq idarəsinə girməzdən bir neçə dəqiqə əvvəl məlumat verib:

«Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Lənbəranski iyunun 7-də zəng etdi, idarəyə gəlməyimi istədi. Dünən gedə bilmədim, bu gün səhər bir də zəng etdi. Mənə konkret demədi ki, niyə çağırır, sadəcə dedi istintaqa ifadə verməlisən. Böyük ehtimal ki, bu, həbs olunan gənclərin işi ilə bağlıdır. Başqa bir ehtimalım yoxdur, çünki İbrahim Lənbəranski həbs olunan gənclərin istintaqını aparan müstəntiqdir».

Ülvi Həsənli həbs oluna biləcəyini də istisna etmir:

«Ola bilər həbs olunum, ya da bu, məni təzyiq altında saxlamaq üçündür. Son dövrlər hökumətin siyasəti fəal gənclərə təzyiqlər etməkdən ibarətdir və demək olar ki, istintaq idarəsinə çağırılan gənclərin əksəriyyəti həbs olunub».

Hazırda 8 gənc fəal həbsdədir. Onlardan 7-si «NİDA» Vətəndaş Hərəkatının, (Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı), biri AGT-nin üzvüdür. (İlkin Rüstəmzadə). «NİDA»çılar narkotik və qanunsuz silah saxlama, İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.
XS
SM
MD
LG