Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Qeyri-neft məhsullarının ixracı 16 faiz artıb


-
Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-aprel aylarında 14.2 milyard ABŞ dolları təşkil edib. Onun 11 milyard dollarlıq hissəsi ixracın, 3.2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 83 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16.3 faiz artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG