Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

«YAP Paşayevlərin nəzarətinə keçdi»


İlham Əliyev və Mehriban Əliyeva Avstriyada, 13 may 2013

İlham Əliyev və Mehriban Əliyeva Avstriyada, 13 may 2013

-
«Azadlıq» qəzeti YAP-ın Paşayevlərin nəzarətinə keçdiyini yazır.

Qəzetə görə, partiya rəhbərliyindəki dəyişikliklər qüvvələr nisbətini dəyişib.

Qəzet YAP sədrinin yeni müavinlərinin siyahısına diqqət çəkir:

«YAP-ın sədr müavinləri bunlar seçilib. Mehriban Əliyeva, Akif Əlizadə, Əli Əhmədov, Əli Həsənov («Qaçqınkom»un sədri). Adları çəkilən şəxslərdən yalnız Əli Həsənov ortaq fiqur sayıla bilər. O, həm Mehdiyevə, həm də Paşayevə yaxınlığı ilə seçilir. Yerdə qalan 3 nəfər isə birbaşa Paşayevlərin nümayəndəsidir».

«MÜXALİFƏT NÖVBƏTİ PARÇALANMA MÖVSÜMÜNƏ QƏDƏM QOYUB»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «radikal müxalifət düşərgəsində qarşıdurma daha da şiddətlənir». Qəzetə görə, ««Milli Şura»da birləşdiklərini iddia edən dağıdıcılar, əslində, bu qondarma qurum daxilində növbəti parçalanma mövsümünə qədəm qoyub».

YAP-ın qurultayı

YAP-ın qurultayı

«NƏ OLAR, CANLARI SAĞ OLSUN»

«Heydər Əliyevin arxasınca getməyən, onu tənqid edənlər indi YAP-ın yaradıcıları olublar».

Bunu «Yeni Müsavat»a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvü Əli Əlirzayev deyib:

«Vaxtilə onlar mənim yanımda dolanmağı özlərinə şöhrət sayardılar».

Əli Əlirzayev hakim partiyanın iyunun 7-də keçirilən qurultayda YAP Siyasi Şurası üzvlüyündən çıxarılmasına da münasibət bildirib:

«Bu, mənim üçün gözlənilən idi. Onlar elə hesab edirlər ki, guya mən partiyanın siyasətinə zidd getmişəm. Nə olar, canları sağ olsun».

BANKLARA BORCLU OLANLAR
Foto: Arxiv

Foto: Arxiv


«Exo» qəzeti yazır ki, 2013-cü il mayın 1-ə olan məlumata görə, ölkə üzrə banklar ümumilikdə 13.5 milyard dollar kredit veriblər:

«Bunu əhalinin sayına bölsək, onda hər adamın banklara 1500 manat kredit borcu olduğu aydın olur. Azərbaycanda banklara borclu olanların sayı 1 milyon 500 min nəfərdir».

«ERMƏNİSTAN QAZLA BAĞLI BİZƏ MÜRACİƏT ETSƏ, SÖZSÜZ Kİ, BİZ ONLARA YARDIMÇI OLARIQ»

«Azərbaycan Ermənistana qaz sata bilər». «Bizim yol» yazır ki, bunu ANS-ə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib:

«O qeyd edib ki, Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG