Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:22

V. Talıbov: «Naxçıvanlılara verilmiş vəsait xarici bazarlara axıb gedir»


Vasif Talıbov və İlham Əliyev
Vasif Talıbov və İlham Əliyev
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı 04 aprel 2013

KARTOF İSTEHSALI 45 MİN TONA ÇATDIRILACAQ
Görülən tədbirlərin nəticəsidir ki, ötən il Şərur rayonu üzrə 9774 ton, Babək rayonu üzrə 5373 ton, Culfa rayonu üzrə 4894,5 ton, Ordubad rayonu üzrə 8377,5 ton, Şahbuz rayonu üzrə 6198,4 ton, Kəngərli rayonu üzrə 2824 ton, Sədərək rayonu üzrə 1701 ton, Naxçıvan şəhəri üzrə 298 ton məhsul əldə olunmuşdur. 2008-ci ilin iyul ayında Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində keçirilən səyyar müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu barədə demişdir:
«Muxtar respublikamıza kənardan hər il 7-8 min ton kartof gətirilir. Əgər bunu vəsaitə çevirsək, görərik ki, dövlətimiz tərəfindən muxtar respublika sakinlərinə verilmiş xeyli miqdarda vəsait xarici bazarlara axıb gedir. Bu məhsullar yerli şəraitdə istehsal olunub daxili bazarda satılarsa, həmin vəsait də muxtar respublika daxilində qalar. Digər bir tərəfdən isə xaricdən gətirilmiş məhsulların keyfiyyəti heç də daxili bazarda istehsal olunan məhsulların keyfiyyətindən yüksək deyil, əksinə, bir çox göstəricilər üzrə aşağıdır. Biz ərzaq təhlükəsizliyi proqramını həyata keçirmək, əhalinin sağlamlığını qorumaq üçün daxili bazarı yerli məhsullarla zənginləşdirməli, onların satılmasına və qorunmasına nail olmalıyıq».
Deyilənləri əldə əsas tutan kartof istehsalçıları əkinəyararlı sahələrdə yüksək reproduksiyalı toxum əkini aparır, bitkilərin gübrələnməsi və suvarılması işini ciddi rejimdə həyata keçirirlər ki, bu da məhsuldarlığı nəzərəçarpacaq dərəcədə yüksəltmişdir.
…Dövlət Proqramında kartof istehsalının 2016-cı ilədək 45 min tona çatdırılması nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri bu il də yüksək məhsuldarlıq əldə etmək üçün səylə çalışırlar.
TƏLƏBƏ GƏNCLƏR ALTERNATİVSİZ NAMİZƏDİ DƏSTƏKLƏYİRLƏR
İlham Əliyev
İlham Əliyev
…Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, Vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunması, yüksək kürsülərdə söz sahibi olmasından fəxr duyur, onun namizədliyini dəstəklədiyini bəyan edir.
Naxçıvan panelinin bağlanış mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Piri Nağıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin milli ideologiyanın əsası kimi yürütdüyü dövlət gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin milli dövlətçilik, vətənpərvərlik ruhunda yetişib formalaşması istiqamətində görülən işlərdən, Azərbaycanda müstəqil dövlət quruculuğunda, cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə ziyalı gəncliyin rolundan, onların üzərinə düşən mühüm vəzifələrdən danışmışlar.
Konfrans avanqard gəncliyin Prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyini dəstəklədiyini nümayiş etdirən videoçarxın təqdimatı ilə başa çatmışdır.
XS
SM
MD
LG