Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Orta məktəblərdə buraxılış imtahanı keçirilir


Arxiv foto
Arxiv foto
-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 18 rayonda buraxılış imtahanı keçirir.

Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdləri imtahan verəcəklər.
İmtahan IX sinif şagirdləri üçün saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq. IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahanda 32121 nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.
XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahanda 23835 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (11-ci sinif) idarə edilməsi 1812 nəzarətçi-müəllim ayrılıb. Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG