Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:24

Facebookda İlham Əliyevə sual vermək mümkündür


-

İlham Aliyev Facebook

Facebook-dan birbaşa şərh yaz:



Ölkə prezidenti Ilham Əliyevin rəsmi Facebook səhifəsində ona sual verilməsi üçün imkan yaradılıb.

Bu barədə prezidentin sosial şəbəkədəki profilində deyilir.

İyunun 10-na qədər prezidentə İnformasiya Texnologiyaları sahəsi ilə bağlı istədiyin sualı verə bilərsən.

Bəs sosial şəbəkə istifadəçiləri prezidentə ən çox nə barədə sual verirlər?

Azadlıq FM-də iyunun 7-si saat 19.00-da

Verilişimizin sualı belədir:

Prezidentdən nə soruşarsan?

Bloqqer Səlcuq Elçin:

- Facebook-da İlham Əliyevə sual verən bəzi yazılar silinib. Bu düzgün yanaşma deyil... Əgər problemi həll etmək istəyirlərsə vətəndaşları dinləməlidilər.
- Sosial şəbəkələrdə İlham Əliyev daha çox siyasi təbliğatını aparır. Amma yaxşı olardı, İlham Əliyev ondan soruşulan sualları da cavablandırsın.
- 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Sosial şəbəkələrdən istifadə etmək seçki ərəfəsində təbliğata hesablanıb.


Ekspert Rəşad Əliyev:

- Elektron xidmətdən yalnız Vergilər Nazirliyi yaxşı işləyir. Demək olarki, nazirliyin saytından rahat istifadə etmək olur. Başqa nazirliklər də Vergilər Nazirliyindən nümunə götürsələr yaxşı olar...
- Hökumət elektron ticarətin inkişafında da maraqlı olmalıdır. Bu həm də birbaşa vergidən yayınmanın qarşısını alır...
- Elektron ticarətin inkişafı üçün bu sahə vergidən azad edilməlidir...


Vüqar Azəri:

- Prezidentin sosial şəbəkədə profil yaratması özü təqdirəlayiqdir. Amma yaxşı olardı, prezident özü suallara cavab verərdi...

FACEBOOK-da MÜZAKİRƏ ET, YOUTUBE-da İZLƏ, RADİO-da DİNLƏ
XS
SM
MD
LG