Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08
Myanma müxalifətinin lideri Aung San Suu Kyi 2015-ci ildə ölkədə keçiriləcək prezident seçkisində mübarizə aparmaq fikrindədir.
O bunu Şərqi Asiya ilə bağlı Myanmanın paytaxtı Naypyidada keçirilən beynəlxalq iqtisadi formda deyib.

Müxalifət lideri buna görə ölkə konstitusiyasına düzəliş etməyə çağırıb.
İndiki konstitusiyaya görə əri və uşaqları xarici ölkə vətəndaşları olan şəxs prezident seçkisində iştirak edə bilməz.
Onun mərhum həyat yoldaşı və 2 oğlu Britaniya vətəndaşlarıdır.

Aung San Suu Kyi bundan əvvəl hərbi rejim dövründə 15 il ev dustağı olub.

2012-ci ildə onun rəhbərlik etdiyi Demokratiya uğrunda milli liqa parlament seçkisində 43 mandat qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG