Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:31

Homoseksuallara münasibət necə olmalıdır?


Rusiyada özəl gey-klub, Fevral 2013
Rusiyada özəl gey-klub, Fevral 2013
Homoseksuallara münasibət necə olmalıdır? Cəmiyyət onları qəbul etməlidirmi? PEW Araşdırmalar mərkəzi bu sualın cavabını öyrənmək üçün 39 ölkədə sorğu keçirib. Ümumilikdə gəlinən nəticə belədir ki, Qərb dövlətləri və Latın Amerikasında əksəriyyət homoseksualları qəbul edir, Yaxın Şərq, Afrika, Rusiya və Asiyada isə, əksinə, cəmiyyətin onlara münasibəti mənfidir.


HANSI CƏMİYYƏTLƏR HOMOSEKSUALLARI QƏBUL EDİR?

Konkret ölkələrə gəldikdə, demokratiyanın beşiyi sayılan ABŞ-da rəyi soruşulanların 60%-i cəmiyyətin homoseksuallığı qəbul etməli olduğunu düşünür, 22 faizi isə qəbul etmir. Avropa ölkələrindən İspaniyada 88, Almaniyada 87, Çexiyada 80, Fransada 77, Britaniyada 76 faiz suala müsbət cavab verir. Braziliya, Argentina, Meksika və Çili kimi Latın Amerikası ölkələrində də sorğuya qatılanların 60-74 faiz arası homoseksuallığı qəbul edir.
Asiyada Avstraliya, Filippin kimi ölkələrdə hər 10 nəfərdən 7-8 nəfər homoseksuallığa normal yanaşır, amma Yaponiyada hər iki adamdan ancaq biri, Cənubi Koreyada əhalinin 40 faizi müsbət cavab verənlər arasındadır.


MÜSƏLMANLAR HOMOSEKSUALLARI QƏBUL ETMİR

Homoseksuallara cəmiyyətin münasibəti mənfi olmalıdır deyənlərin əksəriyyəti isə əsasən Afrika və Müsəlman ölkələrində yaşayanlardır. Nigeriya, Seneqal, Qana, Keniya kimi ölkələrdə hər 10 nəfərdən 9-u homoseksuallara mənfi münasibət bəsləyir.
Yaxın Şərqdə müsəlmanların yaşadığı dövlətlərdə vəziyyət fərqli deyil. İordaniyada əhalinin 97, Misirdə 95, Tunisdə 94, Fələstində 93, Livanda əhalinin 80, Türkiyədə 78 faizinin fikrincə homoseksuallara münasibət mənfi olmalıdır. Pakistan, İndoneziya və Malayziya kimi ölkələrdə böyük əksəriyyətin fikri belədir. İsraildə isə yəhudilər və ərəblər arasında keçirilən sorğuda əhalinin yarısı homoseksualları qəbul etmir.


RUSİYA VƏ ÇİNDƏ DƏ MÜSƏLMANLAR KİMİ DÜŞÜNÜRLƏR

Ancaq Afrika və Müsəlman ölkələrindən savayı da cəmiyyət olaraq homoseksualları qəbul etməyən dövlətlər var. Məsələn Çində əhalinin 21 faizi onlara hə desə də, 57 faizi qəbul etmir. Rusiyada hər 100 nəfərdən ancaq 16-sı onlara normal baxır, 74 faizi isə birmənalı yox cavabı verir.


HOMOSEKSUALLARA MÜNASİBƏT DİNLƏ BAĞLIDIR

PEW Araşdırmalar mərkəzi belə bir nəticəyə gəlir ki, homoseksuallara münasibət insanların həyatında dinin rolu ilə birbaşa bağlıdır. Haralardakı dini inanclar insanların sosial həyatında önəmli yer tutur, o cəmiyyətlər homoseksuallara yaxşı baxmırlar. Önəmli rol deyəndə, burada insanların Allaha inanması, və azı bir dəfə dua etməsi nəzərdə tutulur.
Amma bu qaydaya uymayanlar da var. Məsələn Rusiya və Çində əhali elə də dinə bağlı deyil, amma homoseksualları da sevmirlər. Braziliya və Filippində isə əksinə, dinə yetərincə bağlı olsalar da, homoseksuallara münasibətləri də böyük əksəriyyətində normaldır. Bu baxımdan ABŞ-da da son illər homoseksuallara münasibətin bir qədər yaxşılaşdığı görülür.


QADINLAR KİŞİLƏRDƏN, GƏNCLƏR YAŞLILARDAN DAHA TOLERANTDIR

Sorğuda bir maraqlı məqam da, qadınların və kişilərin homoseksuallığa fərqli münasibətidir. Məsələn, İsrail, Venesuela, Britaniya, Yaponiya, Yunanıstan, Fransa və ABŞ kimi ölkələrdə qadınlar kişilərə nisbətən homoseksuallığa daha tolerant münasibət bəsləyirlər. Onların sayı homoseksuallığa normal baxan kişilərlə müqayisədə 10-20 faiz daha çoxdur.

Yaşdan asılı olaraq da, homoseksuallara münasibət fərqli ola bilir. Sorğuya görə, 18-30 yaş arası gənclər digər yaş qruplarına görə homoseksuallara daha dözümlü yanaşır. Bu baxımdan bir maraqlı istisna da Türkiyə ilə bağlıdır. Burada 50 yaşdan yuxarı sakinlərin 10 faizi homoseksualları daha rahat qəbul edir, 30 yaşa qədər olanların 9, 30-50 yaş arası olanların isə sadəcə 7 faizi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG