Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Bütün diqqət Erdogana yönəlib


Türkiyədə nümayiş
Türkiyədə nümayiş
Şimali Afrika ölkələrində səfərdə olan Türkiyənin baş naziri Recep Tayyep Erdogan bu gün vətənə dönür.

Erdogan son bir neçə gündür ki, ölkədə keçirilən etiraz aksiyalarını qeyri-demokratik adlandırıb və bildirib ki,bunun arxasında ekstremist qüvvələr durur.
Ölkənin baş nazir müavini Bulent Arinc dünən Ankarada nümayişçilərin nümayəndələri ilə görüşüb, ona aksiyaçıların tələbləri çatdırılıb.

Amma Azadlıq Radiosunun müxbiri Qlen Keyts (Glenn Kates) İstanbuldakı Taksim müydanından xəbər verir ki, bütün diqqət baş nazir Erdoğana yönəlib.
Aksiyaçılar deyir ki, onların tələblərinə məhz Erdoganın özü münasibət bildirməlidir.


Bir neçə gün bundan əvvəl İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən etiraz ,az sonra baş nazir Erdogana qarşı yönəldi.
İstanbul və Ankara da daxil olmaqla ölkənin bir sıra şəhərlərində hökumətin istefası tələbi ilə etirazlar keçirilir.
Bu aksiyalar dağıdılarkən azı 2 nəfərin öldüyü bildirilir.
XS
SM
MD
LG