Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

Xalidə Xalid: «İranda bizə heç bir təzyiq olmayıb»


Xalidə Xalid
Xalidə Xalid
-
«Çox yorğunam. Gələndən uşaqlarıma sarılmışam. Onların qoxusunu doyunca içimə çəkmək istəyirəm».

İyunun 6-da Bakıya qayıdan Xalidə Xalid AzadlıqRadiosuna bildirib ki, hazırda evində dincəlir:

«Bir-iki gün toparlanım, sonra suallarınıza bir-bir cavab verəcəyəm».

Xalidə Xalid həbs müddətində ona hər hansı təzyiqin olmadığını da deyib:

«Qətiyyən, heç bir təzyiq olmayıb».

İRANDA SAXLANAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI BAKIYA QAYIDIB

İran İslam Respublikasında həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Bakıya qayıdıblar.

Xalidə Xalidin qızı Ləman Məmmədova AzadlıqRadiosuna bildirib ki, onlar iyunun 6-da təyyarə ilə Bakıya dönüblər. «Təyyarə enib, biz gözləyirik. Yəqin ki, anam bir-iki saata evdə olar».

APA-nın xəbərinə görə, X. Xalid və Ş. Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verməyiblər.

Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

Onlar iyunun 3-də Azərbaycanın Tehrandakı səfirliyinə təhvil veriliblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG