Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

BP-nin Azərbaycana investisiyaları $40 mlrd-ı keçib


BP-nin Azərbaycandakı layihələrə investisiyaları $40 mlrd-ı keçib.

BP-Azərbaycanın prezidenti Gordon Birrell ХХ Caspian Oil & Gas -2013 konfransında belə deyib.

Onun sözlərinə görə, «Şahdəniz» yatağından indiyədək 42 mlrd m3 qaz və 88 mln barrel kondensat çıxarılıb:

«Şahdəniz-1» çərçivəsində sabit hasilata nail olmuşuq. Sutkalıq hasilat 27 mln m3 qaz və 55 min barrel kondensatdır».

«Mərhələ -2» ilə bağlı Birrell qeyd edib ki, bu mərhələdə Xəzərdə ilk dəfə sualtı hasilatın yeni texnologiyası tətbiq ediləcək.
XS
SM
MD
LG