Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Bakı-Qazax sərnişin qatarında partlayıcı maddə tapılıb


Bakı-Qazax sərnişin qatarında partlayıcı maddə tapılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Qazax xətti ilə hərəkət edən sərnişin qatarı Keşlə Dəmir Yolu stansiyasında saxlanılıb.

Qatara baxış keçirilərkən 10-cu vaqonunun 13-cü kupesində olan sərnişin, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Sakit Əsgərova məxsus bağlamanın içərisindən 200 qram barıt, 1 kiloqram karteç güllələr aşkar edilərək götürülüb. S. Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG