Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:53

Azərbaycan Ordusu daha 2 hərbçisini itirib


Azərbaycan əsgəri
Azərbaycan əsgəri
-

Azərbaycan Ordusunun əsgərinin hərbçi yoldaşını güllələdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu vəfat edib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

HƏRBÇİNİN MAŞIN TƏRƏFİNDƏN VURULDUĞU DEYİLİR

İkinci ölüm hadisəsi isə Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

Hərbi qulluqçunu maşın vuraraq öldürüb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildiriblər. Məlumata görə, Müdafiə Nazirliyin «N» saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov «VAZ-2106» markalı maşın tərəfindən vurulub. Hərbçinin aldığı xəsarətdən hadisə yerindəcə vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub.

Müstəqil qurumların hesablamalarına görə, 2013-cü ildə Azərbaycan ordusu 34 nəfər itki verib. Onlardan 5-i döyüş, 29-u qeyri-döyüş şəraitində həlak olub.

Hərbi Prokurorluq indiyədək əsgər ölümlərinə görə həbs olunub-cəzalandırılanların statistikasını açıqlamır və belə bilgilərin gizli saxlanmalı olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG