Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Barack Obama ABŞ-ın BMT-dəki daimi nümayəndəsi 48 yaşlı Susan Rice-ı (Syuzan Rays) Milli təhlkəsizlik müşaviri vəzifəsinə təyin edib. O son 3 ildə bu vəzifədə çalışan Tom Donilon-u əvəzləyəcək.

Susan Rice-ın BMT-də boş qalmış kürsüsünü isə prezident Barack Obama-nın sabiq müşavirlərindən biri Samantha Power tutacaq. 42 yaşlı xanım Power Ağ Evdəki müşavir vəzifəsini bir il əvvəl tərk etmişdi və indi onun BMT səfiri olması üçün Senatın təsdiqini əldə etməsi lazımdır. O, İrlandiyada doğulub və onun Amerikanın soyqırımlara dair siyasətinə həsr olunmuş kitabı Pulitzer mükafatına layiq görülüb.

Xanım Rice bundan bir qədər əvvəl dövlət katibi vəzifəsinə irəli çəkilməliydi, lakin Konqresdə respublikaçıların etirazı ilə üzləşdi. Konqresmenlər onu Liviyada ABŞ diplomatlarına hücumla bağlı fikirlərinə görə tənqid edirdilər.

Xanım Rice 2012-ci ilin sentyabrında Liviyanın Benqazi şəhərindəki ABŞ şəhərciyinə səfir də daxil olmaqla 4 amerikalının öldürüldüyü silahlı basqını xaotik anti-Amerika etirazı kimi qiymətləndirmişdi. Lakin məlum oldu ki, Susan Rice yanılırmış.

Buna baxmayaraq, prezident Obama Rice-ı həmişə müdafiə edirdi.

Xanım Rice-ın bəxtindən milli təhlükəsizlik müşavirinin Senat tərəfindən təsdiqinə ehtiyac yoxdur.

DÖVLƏT KATİBİNDƏN NÜFUZLU POST

“The Guardian” qəzetinin Nyu York müxbiri Spencer Ackerman-a görə, ABŞ xarici siyasətində son illərdə yaranmış meyl belədir ki, bir qayda olaraq Senatın təsdiqini tələb etməyən postlar, bu təsdiqi tələb edən vəzifələrdən daha qüdrətli olur.

Jurnalistin fikrincə, milli təhlükəsizlik müşaviri vəzifəsi, dövlət katibi vəzifəsindən heç də az nüfuzlu deyil.

Spencer Ackerman yazır ki, ilk baxışdan milli təhlükəsizlik müşaviri ABŞ-ın xarici siyasətini yürüdən başqa departamentlərdən daha nüfuzlu görünməyə bilər.

Tom Donilon

Tom Donilon

Müşavir qoşunlara hücum əmri vermir, mürəkkəb büdcə məsələlərinə qarışacağı yoxdur, lakin o, görüşlərdə və danışıqlıarda prezidentin iradə və baxışlarını ifadə edir.
George Bush-un vaxtında olduğu kimi, Obama administrasiyasında da xarici siyasət Ağ Evdə formalaşır.

Milli təhlıükəsizlik müşavirini Senat təsdiq etmir, nə də o, Senat qarşısında hesabat verməyə borcludur.

Jurnalist yazır ki, Susan Rice-ın bəxtindən Henry Kissinger-in vaxtından bəri, əslində müşavir, dövlət katibindən daha sanballı postdur.

Məhz buna görədir ki, Obamanın Çin prezidenti ilə qarşıdan gələn Kaliforniya görüşünü Kerry yox, Donilon hazırlayıb.

Məhz buna görədir ki, Yəmənlə əl-Qaedaya dair həssas danışıqları da dövlət katibi yox, Ağ Evin anti-terror idarəsinin rəhbəri John Brennan aparırdı.

Lakin bir sıra tənqidçilər bu fikirdədirlər ki, Senatın təsdiqini tələb etməyən postların gücləndirilməsi elə Senatın konstitusiya hüquqlarını pozur, beləki, xarici siyasət və təhlükəsizlik kimi mühüm məsələləri qanunverici orqanın nəzarətindən çıxarmış olur.
Buna baxmayaraq, belə vəziyyət hər iki partiyadan olan prezidentləri qane edir.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG