Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:28
Azərbaycanın Qəbələ futbol klubu daha bir yeni futbolçu alıb.

Klubun rəsmi saytının məlumatına görə, Ayaksın heyətində 2 dəfə Hollandiya çempionu olan gənc yarımmüdafiəçi Lorenzo Ebecilio növbəti mövsümdə “Qəbələ”nin şərəfini qoruyacaq.
Onunla bir illik müqavilə imzalanıb.

24 yaşlı Lorenzo Ebecilio peşəkar futbolçu karyerasına Ayaksda başlayıb, komandanın heyətində 52 oyuna çıxıb, 11 dəfə fərqlənib.
2010-2011 və 2011-2012 illərdə isə Hollandiya çempionu olub.

Əvvəllər isə Hollandiyanın U-16, U-17, U-18, U-19 və U-21 milli komandalarının şərəfini qoruyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG