Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:05

Azərbaycan vəkilləri ABŞ səfirinin müşaviri ilə görüşüb


-
İyunun 5-də bir neçə azərbaycanlı vəkil ABŞ-ın Bakıdakı səfirliyinin siyasi işlər üzrə müşaviri Jeff Khurgel-lə görüşüb.

Görüşdə son zamanlar yerli vəkillərə edilən təzyiqlər müzakirə olunub.

Görüşə qatılan vəkillərdən biri Əshabəli Mustafayev deyir ki, səfirliyinin rəsmisinə belə görüşlərin tez-tez təşkil olunmasını və görüşlərdə Vəkillər Kollegiyasının nümayəndələrinin də iştirakını təklif ediblər:

«ABŞ səfirinin müşaviri son zamanlar vəkillərə qarşı olan təhlükədən narahatlıqlarını bildirdi. Siyasi işlər üzrə vəkillər də eyni təhlükə ilə qarşılaşmamaları üçün hansı işlər görülə biləcəyini soruşdular. Görüşdə xüsusilə İlqar Məmmədovun, Tofiq Yaqubovun, NİDA-çıların və digər siyasi həbslər üzrə vəkillərin qarşılaşdıqları problemlər və onların həlli yollarını müzakirə etdik».

Görüşdə vəkil Əshabəli Mustafayevdən başqa Anar Qasımlı, Xalid Bağırov da iştirak edib.

Mayın 9-da Vəkillər Kollegiyası Aslan İsmayılovun Kollegiyadan çıxarılması barədə qərar qəbil edib. İyunun 4-də hüquqşünas Qurban Məmmədov 2 ay müddətinə həbs olunub.
XS
SM
MD
LG