Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:37

Gəncənin «İmamzadə»sinə daha 4 milyon manat ayrıldı


-
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpasının tamamlanması üçün Prezidentin ehtiyat fondundan əlavə 4 milyon manat ayrılıb.

Bu barədə prezident İlham Əliyev iyunun 5-də sərəncam verib.

«İmamzadə» Kompleksinin inşasına 2010-cu ildə 3 milyon manat, 2012-ci ildə 2 milyon manat və 2013-cü il üçün 4 milyon manat ayrılıb.

Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin sonu–XV əsrin əvvəllərinə təsadüf edən «İmamzadə türbəsi» və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr əzəmətli dini-tarixi kompleks kimi bugünədək qorunub saxlanılmaqdadır.

Şərqin qədim karvan-ticarət yolu üzərində olub, müxtəlif vaxtlarda dağıntılara məruz qalan «İmamzadə» kompleksi XIX əsrdə bərpa edilib.
XS
SM
MD
LG