Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

Məzahir Pənahov müşahidəçiləri təkmilləşdirməyə çağırıb


Məzahir Pənahov

Məzahir Pənahov

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə “exit-poll” keçirənləri tənqid edib.

APA-nın məlumatına görə, o MSK-nın bu gün keçirilən iclasında bildirib ki, seçkiləri izləyən və nəticələrlə bağlı bəyanat verən müşahidəçilərin seçki prosesi barədə anlayışı olmalıdır.
O qeyd edib ki, indiyədək müşahidəçi kimi qeydiyyata alınanları çoxu Avropa tələblərinə əsaslananda qeydiyyata alınmamalı idi: “Sadəcə, bizdə hələ ki bu sahədə tam formalaşmış şəxslər yoxdur deyə biz buna göz yumuruq və onları müşahidəçi kimi qeydiyyata alırıq”.

MSK sədri növbəti seçkilərdə bu cür müşahidəçiləri təkmilləşdirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG