Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:27

RATİ: «Qanuna dəyişiklik etməklə seçkiqabağı fəallığı azaltmaq istəyirlər»


-
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) İnternetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qüvvəyə minməsini pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iqtidarın bu hərəkəti internet azadlığının məhdudlaşdırılmasına yönələn mürtəce addımdır.

İyunun 3-də prezidenti İlham Əliyev internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan və parlamentin qəbul etdiyi qanun dəyişikliyini imzalayaraq onu təqsidləyib. Bu dəyişikliklərdən sonra internetdə fəal olan, tənqidi fikir səsləndirən şəxsə qarşı Cinayət Məcəlləsinin 147 və 148–ci maddələri üzrə cinayət işi açmaqla həmin şəxsi 3 ilədək həbs cəzası gözləyə bilər.

RATİ hökumətin bu qanunlara dəyişikliyini Azərbaycanda tənqidi fikirlərin qarşısını almaq kimi dəyərləndirir:

«Qanunun dəyişiklik etməklə indi də internet fəallarının tənqidi fikirlərinin qarşısını almaq, seçkiqabağı fəallığı azaltmaq istəyirlər. Qanuna edilən bu dəyişiklərin təsdiqlənməsindən sonra Azərbaycan Qismən Azad İnterneti olan ölkədən Qismən Qeyri-Azad İnterneti olan ölkələr sırasına daxil olub».

RATİ hesab edir ki, diffamasiya haqqında qanun qəbul edilmədiyi halda internetdəki fikirləri də senzurada saxlamaq üçün belə bir qanuni dəyişiklik edilməsinin səbəbi prezident seçkiləri ilində internet fəallarını həbs edilməkləri ilə qorxutmaqdır.
XS
SM
MD
LG