Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:09

Türkiyədə etirazçılar hökumətin istefasını tələb edir


Türkiyədə etiraz nümayişi

Türkiyədə etiraz nümayişi

Türkiyədə etirazçılar İstanbul, Ankara və aksiyaçılara qarşı zor işlədilən digər şəhərlərin rəhbərləri və polis rəislərinin istefasını tələb ediblər.

Aksiyaçıların nümayəndələri bu gün Ankarada baş nazir müavini Bulent Arinclə görüşüblər.
Onlar həmçinin Taksim meydanında tikinti planının ləğvini, saxlanan aksiyaçıların azad edilməsini, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadəyə son qoyulması və ölkədə söz azadlığının təmin edilməsini tələb ediblər.
Taksim meydanına yığışan aksiyaçılar həmçinin hökumıətin istefasını tələb ediblər.

Əvvəlcə İstanbuldakı Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya sonradan baş nazir Recep Tayyip Erdogana qarşı yönəldi.
Artıq 6-cı gündür ki, Türkiyənin bir neçə şəhərində onun istefası tələbi ilə aksiyalar keçirilir.

Polis bu gün də İstanbul və Ankaradakı etirazları dağıtmaq üçün su və gözyaşardıcı qazdan istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG