Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

Rasmussen Gürcüstanı azad seçki keçirməyə çağırıb


 Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
NATO-nun baş katibi Anders Foght Rasmussen Əfqanıstanı siyasi və iqtisadi mislahatlar aparmağa çağırıb.
O bunun gələcəkdə ölkəyə beynəlxalq yardım göstərilməsində mühüm amil olduğunu qeyd edib.

Rasmussen belə bir bəyanatla NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə çıxış edib.
Görüşdə əsasən 2014-cü ildə koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı məsələlər müzakirə olunur.

Həmçinin bugünkü görüşdə NATO ölkələri müdafiə nazirlərinin gürcüstanlı hıəmkarları ilə görüşü olub.
Təşkilatın baş katibi Anders Foght Rasmussen NATO-Gürcüstan komissiyasının iclasında çıxış edərkən ölkə rəhbərliyini islahatları davam etdirməyə, azad və ədalətli prezident seçkisi keçirməyə çağırıb.

Gürcüstan NATO-nun üzvü olmağa can atır.
Amma o bunun üçün üzərinə götürdüyü bütün öhtəlikləri yerinə yetirməlidir.
XS
SM
MD
LG