Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Erdoganın istefası tələbi ilə aksiyalar davam edir


Türkiyədə etiraz aksiyası

Türkiyədə etiraz aksiyası

Türkiyənin baş nazir müavini Bulent Arinc bu gün İstanbulda keçirilən ilk dinc aksiyanın iştirakçısı ilə görüşür.
Amma o ekstremist hesab elədiyi aksiyaçılarla görüşmək fikrində deyil.

Bulent Arinc ilk nümayişdə həddən artıq güc işlədilməsinə görə aksiyaçılardan üzr istəyib.

Əvvəlcə İstanbuldakı Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya sonradan baş nazir Recep Tayyip Erdogana qarşı yönəldi.
Artıq 6-cı gündür ki, Türkiyənin bir neçə şəhərində onun istefası tələbi ilə aksiyalar keçirilir.
Polis bu gün də İstanbul və Ankaradakı etirazları dağıtmaq üçün su və gözyaşardıcı qazdan istifadə edib.

CNN sosial şəbəkələrlə məlumatlar yayan 25 nəfərin saxlandığını xəbər verir.
İndiyədək baş verən toqquşmalarda azı 2 nəfərin öldüyü bildirilir.
Məlumatlara görə, hazırda Taksim meydanında yüzlərlə etirazçı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG