Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:53

Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq


İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 19-22 dərəcəyə çatacaq.

Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-24 isti dərəcə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG