Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

ABŞ və Ermənistan rəsmiləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


John Kerry və Edward Nalbandian

John Kerry və Edward Nalbandian

-

ABŞ Dövlət katibi John Kerry və Ermənistanın Xarici İşlər naziri Edward Nalbandian Vaşinqtonda görüşüb. Ötən gün ABŞ Dövlət Departamentində jurnalistlər qarşısında çıxış edən John Kerry bildirib ki, hazırda ən vacib məsələlərdən biri dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin bir gün həll edildiyini görə bilməkdir:

«Dalana dirənmiş bu münaqişəni həll edə bilmək üçün bütün tərəflər həll yolları axtarmağa çalışmalıdır. Təbii ki, mən bütün tərəflər dəyərkən, Azərbaycanla yanaşı, eləcə də Türkiyə, Rusiya, İran və digər ölkələri də nəzərdə tuturam».

Ermənistanın Xarici İşlər naziri Edward Nalbandian isə bildirib ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır:

«Ermənistan Dağlıq Qarabağın öz müqəddəratını və ərazi bütövlüyünün beynəlxalq normalar və qanunlar çərçivəsində təyin etməsinin tərəfdarıdır. Biz münaqişənin sülh yolu ilə, qeyri-zorakılıqla həllini dəstəkləyirik».

Nalbandian Obama administrasiyasına Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi üçün töhfəsinə görə minnətdarlığını bildirib. Əlavə edib ki, iki ölkənin birgə səyləri münasibətlərin daha da möhkəmlənməsi ilə nəticələnə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG