Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:49

Qurban Məmmədov maşınla adam vurmaqda təqsirləndirilir


Qurban Məmmədov
Qurban Məmmədov
-

SOSİAL ŞƏBƏKƏLƏRDƏ HƏBSƏ MÜNASİBƏT

Sosial Şəbəkələrdə də Qurban Məmmədovun həbs xəbərinə münasibətlər gəlir. Hüquqşünaslar Assosiyasiasının prezidenti Ənnağı Hacıbəyli öz Facebook hesabında yazır:

«Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri, vəkil Qurban Məmmədovun həbsi siyasi əxlaqsızlıq, hüquq-mühafizə və məhkəmə orqanlarının hakimiyyətin əlində oyuncağa çevrilməsidir. Qurban Məmmədova azadlıq!».

S. CƏLALOĞLU: HƏBS MİLLİ ŞURADAKI FƏALİYYƏTİ İLƏ BAĞLIDIR

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Qurban Məmmədovun qardaşı Sərdar Cəlaloğlunun fikrincə isə qardaşı Milli Şuranın yaradılmasındakı fəallığına görə həbs olunub:

«Bu hadisə az qala bir il öncə baş verib. Ziyan çəkmiş tərəf də öz şikayətini bir neçə ay öncə geri götürmüşdü. Yenidən onun şikayət etməsi, dərhal da həbs olunmasının əsl səbəbi Milli Şuranın yaradılmasında, fəaliyyətində Qurban Məmmədovun fəallığıdır. Bu xüsusilə iqtidar daxilində Rusiyanın dəstəyi ilə ölkədə hakimiyyət dəyişikliyi etmək istəyən qüvvələrin siyasi sifarişidir»

VƏKİL: BU MADDƏ ÜZRƏ QƏRAR QANUNSUZDUR

Qurban Məmmədovun vəkili Süleyman Qasımov hesab edir ki, 261.1-ci maddə üzrə həbs qərarının seçilməsi qanunuzdur:

«Biz məhkəmənin bu qərarından apellyasiya şikayəti veriəcəyik. Ötən il avtodayanacaq gözətçisi Qurban Məmmədovun və onun arxasındakı naməlum maşının arasında qalıb. Nəticədə gözətçinin ayağı sınıb. Əslində arxaya ver komandasına elə gözətçinin özü verib. Qurban Məmmədov da idarə etdiyi maşını arxaya verəndə bu gözətçi qalıb iki maşının arasında ayağı sınıb. Qurban Məmmədov da həmin adamı müalicə edib. İndi bir ildən sonra bu işin yenidən qaldırılması və və Qurban Məmmədovun təqsirləndirilməsi də qanunsuzluqdur».

Vəkil Qurban Məmmədov barəsində Nəsimi rayon Məhkəməsi iki aylıq həbs qərarı verib.

QURBAN MƏMMƏDOVUN SAXLANMASI İLƏ BAĞLI RƏSMİ MƏLUMAT

İyunun 5-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu vəkil və siyasi fəal Qurban Məmmədovun saxlanması ilə bağlı rəsmi məlumat yayıblar. Məlumata görə, Qurban Məmmədov ötən il sentyabrın 27-də idarə etdiyi maşınla avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirib:

Qurban Məmmədov
Qurban Məmmədov
«İstintaqın gedişində zərərçəkmiş P. Abbasov Qurban Məmmədovun ona hədə-qorxu gələrək, istintaqa verdiyi ifadələri dəyişməsini tələb edib. Əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirib».

Məlumatda bildirilir ki, Qurban Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə cəhd edib. Zərərçəkmiş P. Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qurban Məmmədov Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Qurban Məmmədovun qardaşı Sərdar Çəlaloğlu isə ANS-PRESS-ə bildirib ki, qardaşının avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu, amma o sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub.

Sərdar Cəlaloğlu qardaşının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG