Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55
-

Yazar Elnaz Eyvazlı Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib.

Bu barədə Qaynar.info-ya yazarın özü açıqlama verib.

Onun sözlərinə görə, bu barədə bir ilə yaxındır götür-qoy edirmiş: “Qərarıma əmin olduqdan sonra ərizəmi Birliyə təqdim etdim. Bu qərara gəlməyimin səbəbi odur ki, bir qələm adamı olaraq, heç bir ədəbi qurumun üzvi olmaq istəmirəm. Bu, yazılarımdakı obyektivliyimə, düzü-düz, əyrini-əyri yazmağıma mane olmasa da, ruhən azad olduğum üçün mənə əziyyət verir. Nə bu quruma üzv olanda, nə də indi xüsusi bir məqsədim, niyyətim olmayıb. Ürəyimin səsilə qərar vermişəm , peşman da deyiləm”.

"Oxu zalı"na açıqlamasında qərarının yazıçı Şərif Ağayarın AYB-dən uzaqlaşdırılması ilə bağlı olub-olmaması haqda sualı cavablandıran şairə deyib ki, əslində üzvlükdən çıxmaq haqda ərizəni 10 gün qabaq yazaraq birliyə təqdim edib: "Şəriflə bağlı məsələ göstərdi ki, mən haqlıyam. Orda kimi istəyirlər qulağından tutub atırlar bayıra. İstəmirəm ki bir gün mən də belə münasibətlə üzləşim".

İyunun 5-də başqa bir yazar - Babək Göyüş də AYB-dən istefa verib. O, bu addımı yazıçı Şərif Ağayarın AYB-dən uzaqlaşdırılmasına etiraz olaraq atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG