Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:34

Mübariz Qurbanlı: İ. Əliyevin namizədliyi xalq tərəfindən tam müdafiə olunacaq


Mübariz Qurbanlı

Mübariz Qurbanlı

«Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar YAP-ın V qurultayında elan ediləcək». Bunu YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı yap.org.az-a müsahibəsində deyib. Bildirib ki, partiyanın bütün üzvləri İ. Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edir:

«Ümumiyyətlə, bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil.

Biz əminik ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq. Və cənab İlham Əliyev növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ulu öndər Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək və dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək və uğurlarımız daha da artacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG