Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:23

TANAP kəmərilə qazın ilk tədarükü 2019-cu ildən başlanır


Trans Anadolu qaz kəməri vasitəsilə ilk qazın tədarükünə 2019-cu ildən başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü «Xəzər neft və qaz 2013» konfransının gedişi zamanı ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu qaz kəməri layihəsi üzərində artıq iki il müddətində işlər aparılır və onun istismara verilməsindən sonra bu kəmər vasitəsilə «Şahdəniz» qaz-kondensat yatağından hasil edilən 16 milyard kubmetr qaz tranzit ediləcək. Gələcəkdə onun gücü artırılacaq ki, bu da kəmər vasitəsilə digər yataqlardan və perspektivli strukturlardan hasil edilən qazın tranzitinə imkan verəcək.

Abdullayev, həmçinin bildirib ki, hazırda Azərbaycan qazının Avropaya tranziti ilə bağlı marşrutun seçilməsi üzrə işlər aparılır və bu ayın sonunda yekun qərar veriləcək.
ARDNŞ rəhbəri bildirib ki, Azərbaycan regionun, xüsusilə də Türkiyənin və Gürcüstanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Hazırda ölkənin Avropanın enerji təhlükəsizliyində rolunun artırılması istiqamətində işlər aparılır.

Abdullayevin sözlərinə görə, təzyiqin saxlanılması üçün laylara vurulan qaz istisna olmaqla Azərbaycanın 2015-ci ildə il ərzində 20 milyard kubmetr qaz hasil etmək imkanı var.
XS
SM
MD
LG