Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:16
Vəkil və siyasi fəal Qurban Məmmədov həbs edilib.

Bu barədə APA-ya onun köməkçisi Ramin Allahverdiyev məlumat verib.
Ramin Allahverdiyevin sözlərinə görə, o Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.
Qərarı Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Qurban Məmmədovun qardaşı Sərdar Çəlaloğlu isə ANS-PRESS-ə bildirib ki, qardaşının avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi.
Aralarında barışıq olmuşdu, amma o sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub.

Sərdar Cəlaloğlu qardaşının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG