Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

İyunun 6-da 18 00-da "Ədəbi Azadlıq-2013" müsabiqəsinin qalibləri elan olunacaq


"Ədəbi Azadlıq-2013" müsabiqəsinin kitabı

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin kitabı

-

Nəhayət ki, "Ədəbi Azadlıq-2013" müsabiqəsi yekunlaşır. Artıq həm hekayə, həm də şeir nominasiyasında qaliblər bəllidir.

Mükafatlandırma mərasimi iyunun 6-sı axşam saat 18-00-da (tədbirin vaxtı yarım saat irəli çəkilib) Caspian Business Center-in ikinci mərtəbəsində keçiriləcək.

Caspian Business Center-in binası Azadlıq Radiosunun yerləşdiyi Caspian Plaza-nın yanındadır. (ünvan: Cəfər Cabbarlı, 40)

Bütün arzu edənlər dəvətlidir.

Mərasimdə müsabiqənin seçmə şeir və hekayələrinin daxil edildiyi kitabın təqdimatı da olacaq.

Tədbir iştirakçılarına bir nüsxə kitab hədiyyə olunacaq. Kitabı əldə etmək istəyən digər oxucular sonrakı günlərdə redaksiyamıza müraciət edə bilərlər. (tel: 436-77-40)

İyunun 3-də hekayə 10-luğu üzrə online səsvermə başa çatıb və münsiflərə onluqdakı yazarlara səsvermənin nəticələrindən sonra əlavə ballar vermək təklif edilib. Münsiflərdən bəziləri səsvermə nəticəsində formalaşmış səbətlərin birincisinə əlavə bal verməkdən imtina edib.

Müsabiqənin mükafatlandırma mərasiminin adətən keçirilidiyi Azad Fikir Universiteti ofisindən çıxarıldığı üçün bu il tədbir fərqli məkanda baş tutacaq. Zal nisbətən kiçik olduğu üçün bu ilki mərasimimizə daha az sayda qonaq dəvət etməyə məcburuq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG