Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında iki müəllim arasında rüşvət üstündə mübahisə yaranıb. Mingəçevir polis şöbəsinin rəisi Ələsgər Bədəlovun AzadlıqRadiosuna verdiyi məlumata görə, mübahisə edən tərəflərin polisə ünvanladığı ərizədə rüşvət almağa vadar olunma və bu səbəbdən böyüyən mübahisədən danışılır.

Şöbə rəisi məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı AzadlıqRadiosuna iki müəllim arasında mübahisə olduğunu təsdiqləyib, amma bunun instituta heç bir aidiyyatı olmadığını deyib:

«Birincisi, hər iki müəllimi biz yaxşı tanıyırıq. İkincisi də ki, onlar şənbə günü çayxanada oturublar, nərd oynayan zaman aralarında mübahisə olub. O mübahisənin təhsilə, instituta heç bir aidiyyatı olmayıb».

Azvision.az saytı isə yazır ki, institutun tədris hissə müdiri müəllimdən imtahanla bağlı tələbələrdən pul yığmasını tələb edib. Müəllimin bu tələbdən imtina etməsi tərəflər arasında mübahisəyə səbəb olub. Sayt tədris hissə müdirinin müəllimə xəsarət yetirdiyini bildirir.
XS
SM
MD
LG