Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Qaz təchizatında məhdudiyyətlər olacaq


Mayın 4-də Bakının Nəsimi, Sabunçu rayonları Sumqayıt şəhəri, Abşeron, Naftalan, Goranboy və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İstehsalat Birliyinin məlumatına görə, təmir işləri aparılan müddətdə Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə, Mexkalon adlanan yaşayış massivinə, Goranboy şəhərinə, Naftalan rayonunun bütün yaşayış məntəqələrinə və Ucar şəhəri də daxil olmaqla rayonun Qarabörk, Rəstəcə, Gəraybəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG