Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

John Kerry: Demokratiya yolu ilə plüralizmə, regionda sülhə nail olmaq olar


John Kerry və Elmar Məmmədyarov

John Kerry və Elmar Məmmədyarov

-

ABŞ-da rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin dövlət katibi John Kerry ilə görüşüb.

AzadlıqRadiosunun Vaşinqton müxbirinin məlumatına görə, John Kerry nazir Məmmədyarovu qarşılamaqdan məmnunluğunu ifadə edib. Dövlət katibi bildirib ki, ötən aylarda o, prezident Əliyevlə danışıb və bir çox məsələləri müzakirə edib.

Cənab Kerry vurğulayıb ki, Azərbaycan Əfqanıstanda, NATO-nun Beynəlxalq Sülhə Yardım Qüvvələri (İSAF) proqramında vacib tərəfdaşıdır, enerji və digər məsələlərdə mühüm rol oynayır.

Dövlət katibinin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır və bunun üçün öz töhfəsini verməyə çalışır.

John Kerry onu da vurğulayıb ki, ABŞ Azərbaycanın demokratik yolla inkişafında maraqlıdır. Dövlət katibinin fikrincə, demokratiya yolu ilə plüralizmə, regionda sülh və stabilliyə nail olmaq olar: «Ona görə də biz bu məsələlərlə bağlı müzakirə aparacağıq».

Öz növbəsində E. Məmmədyarov da deyib ki, Azərbaycan ABŞ-la əlaqələrə önəm verir. Məmmədyarov bildirib ki, Azərbaycan ABŞ-dan uzaqda yerləşsə də, o, əmindir ki, ölkənin üzləşdiyi çətinliklərə, Ermənistanla münaqişənin tənzimlənməsinə ABŞ öz töhfəsini verəcək.iL

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG