Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:08

İranda həbsdə olan X.Xalid və Ş.Hüseynov Azərbaycan səfirliyinə verildi


Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə təhvil veriliblər.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Elman Abdullayev qeyd edib ki, yaxın zamanda Azərbaycan vətəndaşlarının vətənə qayıdacağı gözlənilir.

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG